MKİ direktoru Misirə gedir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin Qəzza zolağında saxlanılan girovlarla bağlı danışıqlar aparmaq üçün həftəsonu Qahirəyə səfər edəcəyi gözlənilir.
Bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, MKİ-nin direktoru İsrailin kəşfiyyatının (Mossad) rəhbəri David Barnea, Qətər və Misirin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, martın 18-də Dohada İsrail və HƏMAS hərəkatının iştirakı, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və anklavda atəşkəsin yaradılması məsələsi ilə bağlı danışıqlar bərpa edilib.
KARUSEL / DÜNYA
Tarix: 5-04-2024, 09:17