mobil versiya

Dələduzlar sizə polisdən, vergidən, bankdan, sosial müdafiədən, sığortadan, məhkəmədən saxta e-poçt, SMS göndərir - Ehtiyatlı olun



Dələduzlar sizə polisdən, vergidən, bankdan, sosial müdafiədən, sığortadan, məhkəmədən saxta e-poçt, SMS göndərməklə şəxsi məlumatlarınızı əldə etməyə, link keçidlərinə yönəltməyə çalışırlar. Bu hallar sizin məlumatlarınızı öyrənmək üçün fişinq texnikasıdır. 
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların məruz qaldığı dələduzluq halları ilə bağlı vətəndaşlara müraciət edib.
Məsələn, “sağlamlıq sığortanızın son hesablamalarından sonra biz sizin kompensasiya almaq hüququna malik olduğunuzu müəyyən etdik. Təsdiqləmək üçün linkə klikləyin”. 
Bu mesaj sizi e-poçt və ya SMS-də olan linkə klikləməklə bank kart məlumatlarınızı təqdim etməyə dəvət edir. Ehtiyatlı olun!

KARUSEL / GÜNDƏM
Tarix: 15-05-2024, 09:43