mobil versiya

Sudanda humanitar yardımlara vergi tətbiq edilib



Cənubi Sudanda humanitar yardımlara görə vergi tətbiq edilməsi narahatlıq doğurub.
Hökumət beynəlxalq təşkilatları vergidən azad etsə də, yerlərdə fəaliyyət göstərən QHT-lərə vergi tətbiq edilir. BMT-nin məlumatına görə, bu prosedur aclıqdan əziyyət çəkən 9 milyon insana yardımların çatdırılmasını çətinləşdirir.
Hazırda humanitar yardım üçün nəzərdə tutulan yanacağa və yardımı müşayiət edən şəxslərə vergi tətbiq olunur. Hökumət qərarını belə əsaslandırıb ki, “QHT-lər mənfəət əldə etmək məqsədi güdən özəl şirkətlərdir. Onların vergidən azad edilməsi üçün heç bir əsas yoxdur”.
BMT-nin missiyası vergiyə görə bütün humanitar yardımları qeyri-müəyyən vaxtadək dayandırıb. Missiya bildirir ki, ötən ay 339 000 dollar vergi ödəyib.

KARUSEL / DÜNYA
Tarix: 16-05-2024, 09:07