Muxtar Babayev Aİ-nin Azərbaycandakı nümayəndəsi COP29-a hazırlıqları müzakirə edib
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-06-2024, 09:18