mobil versiya

ABŞ Türkiyədən yardım istəyib – Ankara yazılı zəmanət tələb edib


ABŞ rəsmiləri HƏMAS ilə əlaqə qurmaq üçün Türkiyədən kömək istəyib.
Bu barədə ABŞ-nin Ankaradakı səfiri Ceff Fleyk məlumat verib.
O, “ABŞ Türkiyədən atəşkəs danışıqları zamanı HƏMAS liderlərinə bəzi mesajlar verməsini istəyib”, - deyə bildirib.
Türkiyə KİV-lərinin yazdığına görə, atəşkəs üçün böyük səylər göstərən Ankara bu tələbə biganə qalmaylb. Məlumata görə, məsələ ilə bağlı ABŞ və Türkiyə rəsmiləri arasında danışıqlar aparılıb. Lakin Ankara ABŞ-yə bəzi suallar ünvanlayıb. Atəşkəsdən sonrakı dövr üçün ABŞ rəsmilərinə “İsrailin yenidən qırğına və ya hücuma yenidən başlamayacağına kim zəmanət verəcək?” sualını ünvanlayıb. Amerikalı rəsmilərin bu sual qarşılığında “söz veririk” cavabın verdikləri məlum olub. Qeyd olunur ki, HƏMAS və türk rəsmiləri şifahi açıqlamalar yox, yazılı vədlər verilməsini tələb ediblər.
Xatırldaq ki, 7 oktyabrdan davam edən İsrail-HƏMAS qarşıdurmasında 40 minə yaxınlı fələstinli dinc sakin həlak olub.(“AzPolitika.info”)



KARUSEL / DÜNYA
Tarix: 13-06-2024, 12:03