mobil versiya

Beynəlxalq multiidman turnirində 14 cüdoçumuz mübarizə aparacaq



Rusiyanın Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, milli komanda 14 çəki dərəsində 7 qadın və 7 kişi idmançı ilə təmsil olunacaq.
Qadınlar arasında Ramilə Əliyeva (48 kiloqram), Nuray Quliyeva (52 kiloqram), Nərgiz Hacıyeva (57 kiloqram), Leyla Hüseynova (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram) və Nigar Süleymanova (+78 kiloqram) qüvvələrini sınayacaqlar. Kişilərin mübarizəsində isə Hüseyn Allahyarov (60 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram), Nəriman Mirzəyev (73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), Musa Hüseynli (90 kiloqram), Hüseyn Dadaşov (100 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) güclərini yoxlayacaqlar.
Cüdo yarışları iyunun 21-22-də təşkil olunacaq
KARUSEL / İDMAN
Tarix: 19-06-2024, 18:02