mobil versiya

"Vətəndaşları təmkinli olmağa və yalnız rəsmi məlumatları izləməyə çağırırıq" - Seysmoloji Xidmət Mərkəzi



Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində maqnitudası 5 olan zəlzələ baş versə də, vətəndaşların bundan təşvişə düşməsinə əsas yoxdur.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Mərkəzin məlumatında deyilir: “Ölkəmizin ərazisi seysmik fəal bölgədir. Cənub zonası, əsasən də Talış dağlıq bölgəsi seysmik ərazidir. Ona görə də bölgədə vaxtaşırı hiss olunan zəlzələlər baş verir. Belə hallar seysmik zonalar üçün xarakterikdir. Maqnitudası 5 və 5-dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması baş verir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Ona görə də vətəndaşları təmkinli olmağa və yalnız rəsmi məlumatları izləməyə çağırırıq”.

KARUSEL / CƏMİYYƏT
Tarix: 28-06-2024, 10:39