Dörd mindən çox Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlillik təyinatı aparılan şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.
Əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunması daim diqqətdə saxlanılır.
Agentlik həmin kateqoriyadan olan şəxslərin operativ şəkildə əyani müayinə olunması üçün ən müasir diaqnostik, instrumental, laborator avadanlıqlarla təchiz edilib.
Qiymətləndirmə prosesində şəffaflığın təmin olunması üçün əyani müayinələrin foto və videoçəkilişləri də aparılır.
Xatırladaq ki, hərbi səbəblə əlaqədar əlilliyin təyin edilməsi üçün vətəndaşa Hərbi Həkim Komissiyası tərəfindən şəhadətmanə təqdim ediləndən və qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron göndəriş (forma 88) rəsmiləşdiriləndən sonra Agentlikdə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən əyani müayinə həyata keçirilir.
Yekunda Komissiya tərəfindən əlilliyin qiymətləndirilməsi ilə bağlı qərar verilir.(azərtac)
KARUSEL / CƏMİYYƏT

Tarix: 11-07-2024, 18:27