mobil versiya

Vətən müharibəsində yaralanmış dörd minədək hərbçiyə əlillik təyin edilib



Qırx dörd günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4 minədək hərbi qulluqçuya əlillik təyin edilib.
İlk mərhələdə həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, müvafiq hərbi həkim komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq həmin kateqoriyadan olan 3967 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

KARUSEL / SOSİAL
Tarix: 26-07-2023, 12:36