mobil versiya

Dələduzluq əməllərini törətməkdə şübhəli bilinənlər saxlanılıb



Sumqayıt şəhər sakini olan 2 nəfər üzləşdikləri dələduzluqla bağlı polisə müraciət edib.
Bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir.
Onlardan biri aldadılaraq 3500 manatının alınması, digəri isə onu aldadan şəxsin hesabına 4250 manat pul ödətdirdiyini bildirib. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən E.Bəşirov və S.Bağırlı müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 16-07-2024, 10:45