Mərakeş mətbəxi dünyanın ən yaxşısı seçilib
Mərakeş mətbəxi dünyanın ən yaxşısı seçilib.
Instagram platforması Pubity (38 milyon izləyici) tərəfindən təşkil edilən səsvermədə Mərakeş mətbəxi iyulun 16-da dünyanın ən yaxşı mətbəxi seçilib.
Bu tanınma britaniyalı aşpaz və televiziya ulduzu Qordon Ramsay tərəfindən qeyd edilib.
Pubity hesabında keçirilən sorğuda 2,5 milyon Instagram istifadəçisi iştirak edib. Nəticələri Qordon Ramsay İnstaqram hesabında açıqlayıb. Mərakeş qastronomiyası 40% səs toplayan Meksika mətbəxini qabaqlayaraq 60% səslə qalib gəlib.
KARUSEL / DÜNYA
Tarix: 17-07-2024, 15:46