Taxt Günü: Kralın çıxışı su böhranı və Fələstin məsələsinə yönəlib
Mərakeşdəki su böhranı və İsrail-Fələstin münaqişəsi Mərakeş Kralı VI Məhəmmədin Taxt Gününün 25-ci ildönümü münasibətilə verdiyi kral nitqinin əsasını təşkil edib.
Monarx Mərakeşin yaşadığı kəsiri aradan qaldırmaq üçün su baxımından prioritetləri sadalayıb: “Əslində ardıcıl altı il quraqlıq su ehtiyatlarına və qrunt sularına dərindən təsir edib, su vəziyyətini daha təhlükəli və mürəkkəb edib”.
Bu kontekstdə Kral ikinci mərhələsi yenicə istifadəyə verilmiş su kəmərindən başlayaraq su idarəçiliyi ilə bağlı müxtəlif struktur layihələrini və hazırda Krallıqda həyata keçirilən müxtəlif duzsuzlaşdırma zavodu layihələrini xatırladıb: "Ehtiyacların və məhdudiyyətlərin artmasını nəzərə alaraq, biz milli su siyasətinin rıçaqlarının davamlı olaraq yenilənməsinin vacibliyində və şəraitdən asılı olmayaraq strateji hədəfin müəyyən edilməsində israr edirik: bütün ölkə üzrə bütün vətəndaşların içməli su ilə təminatı və suvarma ehtiyaclarının ən azı 80%-ni əhatə etmək”.
Kral çıxışında Fələstin məsələsinə toxunaraq "ölkəmizin daxili işlərinə göstərdiyimiz maraq bizi qardaş Fələstin xalqının faciəsindən yayındıra bilməz” deyib. Kral VI Məhəmməd xatırladıb ki, Əl-Qüds Komitəsinin sədri kimi o, Qəzzada olan qardaşlarına təcili ərzaq və tibbi yardımın çatdırılması üçün görünməmiş marşrut açmaq üzərində çalışıb. O, konkret və davamlı atəşkəs əldə etmək və humanitar vəziyyəti bərpa etmək üçün praktiki həll yollarının tapılmasına yönəlmiş konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcəyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: 30-07-2024, 11:56