mobil versiya

“Musa Kalankatuyskiyə görə Qafqaz Albaniyası kilsəsinin tarixi” kitabı ingiliscə nəşr olunub





Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı-Azərbaycan Yeparxiyası ilə birlikdə Arximandrit Aleksinin “Musa Kalankatuyskiyə görə Qafqaz Albaniyası kilsəsinin tarixi” ("History of the Church of Caucasus Albania according to Moses Kalankatuysky") kitabını ingilis dilində nəşr etdirib. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının (Tarix və Etnologiya İnstitutu) nəzdində çap olunub.
Musa Kalankatuyskinin Qafqaz Albaniyasının tarixinə dair ilk və yeganə əsəri olan “Albaniya tarixi” bu qədim dövlətin son antik və erkən orta əsrlər tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kilsə tarixi üzrə fəlsəfə doktoru Arximandrit Aleksinin (Nikonorovun) bu monoqrafiyası Qafqaz, Fars, Suriya, Bizans və Ərəb tarixçilərinin tədqiqatları ilə müqayisədə alban mənbələri əsasında alban kilsəsinin tarixinə işıq salmaq üçün ilk böyük cəhddir. Bu kitabda Musa Kalankatuyskinin “Albaniya tarixi” əsərində yer alan və yerli xristian icmasının həyatı ilə bağlı məlumatlar təhlil edilir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 31-07-2024, 16:13