Xurşidbanu Natəvanın bu gün anadan olan günüdür
Xurşidbanu Natəvanın bu gün dünyaya göz açdığı gündür.
O, 2 avqust 1832-ci ildə Şuşada anadan olub.
Natəvan Azərbaycanın ən yaxşı lirik şairlərindən biri hesab olunur. Onun şeirləri Azərbaycan və ya fars dilindədir və o, ən çox lirik qəzəlləri ilə seçilirdi. Natəvan Qarabağ xanlığının sonuncu hökmdarı Mehdiqulu xanın qızı idi.
Xurşidbanu Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələrinin surətləri “Gül dəftəri” (1886) adlı albomunda toplanıb. O, 1897-ci ildə vəfat edib.
Şairənin adına küçə, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərdə bu gün də saxlanılır.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-08-2024, 10:41