mobil versiya

Xətai rayonunda nöqsanlar aşkarlanan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb



Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində fəaliyyət göstərən fiziki şəxs Şirinov Elşən Yolçu oğluna məxsus dönərxanada yoxlama keçirilib.
Baxış zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Belə ki, qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, eyni zamanda dönər hazırlanması prosesində çalışan işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri (əlcək, önlük, saç toru və s.) ilə təmin edilmədiyi aşkarlanıb. Bundan başqa, qida obyektində mütəmadi təmizlik işləri, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin sağlamlıq arayışı ilə təmin olunmadığı, habelə köməkçi sahədə quraşdırılmış yuma çanağının antisanitar vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib.
Aşkar olunan nöqsanlarla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.





KARUSEL / CƏMİYYƏT
Tarix: 6-08-2024, 12:08