mobil versiya

MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib



2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, iyulun 31-dən avqustun 5-dək aparılmış vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Müsahibə mərhələsi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 6-08-2024, 15:01