“Qarabağ” Bolqarıstan komandasına məğlub olub
Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.
Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.
Ağdam klubu Bolqarıstan çempionu “Lüdoqorets”lə görüşüb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər 3 qol fasilədən sonra vurulub. "Lüdoqorets" qələbə topunu 87-ci dəqiqədə vurub.
Oyunda qolları Qarabağın heyyətindəOlavio Juninyo (64`), Ludoqoretsin heyyətində isə Deroy Duarte (56`) və Kayo Vidal (87`) fərqləniblər. Rəqib komandanın heyyətində Kayo Vidal (88`) qırmızı vərəqə ilə cəzalandırılıv və cavab oyununu buraxacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də baş tutacaq.
KARUSEL / İDMAN
Tarix: 6-08-2024, 21:59