UNEC rektorunun müşaviri Banqladeşin müvəqqəti hökumətinin rəhbəri olub
Nobel Sülh mükafatçısı, UNEC rektorunun müşavri Muhammad Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.
Nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası” adlandırılan Muhammad Yunus ilk dəfə 2016-cı ildə UNEC-in qonağı olub. “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış edən Muhammad Yunusa UNEC-in Fəxri doktoru adı verlib və müvafiq diplom təqdim edilib. Konfrans çərçivəsində UNEC-də Yunus Sosial Biznes Mərkəzi (YSBM) yaradılıb.
2024-cü ilin mart ayında Nobel mükafatçısı Muhammad Yunusun iştirakı ilə UNEC-də yaradılmış Yunus Sosial Biznes Mərkəzinin açılışı olub. Tələbələr arasında sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılan həmin mərkəzdə professor Muhammad Yunus ilk mühazirəsini də söyləyib.
2024-cü ilin mart ayının 29-da isə Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusun UNEC-in missiyasına töhfə vermək istəyini əsas tutaraq o, UNEC rektorunun müşaviri təyin edilib.(AzPolitika.info)
KARUSEL / DÜNYA
Tarix: 8-08-2024, 11:06