mobil versiya

Afina yaxınlığında meşə yanğınları bir çox evi külə döndərib



Afinada və yaxınlıqda davam edən meşə yanğınlarının söndürülməsinə 17 təyyarə və 15 helikopter, 177 yanğınsöndürən avtomobil və 560 nəfər şəxsi heyət, həmçinin 16 xilasedici qrup cəlb edilib.
Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, yanğın bir çox evi külə döndərib. Yanğının elektrik naqillərinin zədələnməsi səbəbindən baş verdiyi istisna edilmir.Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yanğınlarla əlaqədar yaranmış çətin vəziyyətə görə tətilini yarımçıq qoyub və təcili olaraq paytaxta qayıdıb.
Sakinlərin təhlükəsizliyini təmin etmək üçün Afinadakı Olimpiya İdman Kompleksi hazır vəziyyətə gətirilib.

KARUSEL / DÜNYA
Tarix: 12-08-2024, 18:08