mobil versiya

2 minə yaxın rus əsgəri Kurskda əsir düşüb



Ukrayna əsgərləri Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürüb.
Bu barədə “The Independent”ə adı açıqlanmayan ukraynalı polkovnik deyib.
Bildirilir ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır.
“Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi.

KARUSEL / DÜNYA
Tarix: 16-08-2024, 09:38