mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb



Avqustun 24-25 tarixlərində ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 26-08-2024, 10:07