mobil versiya

Sabirabadda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb



Avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad Rayon Prokurorluğundan bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.


KARUSEL / HADİSƏ
Tarix: 26-08-2024, 17:37