Fransa və BƏƏ xüsusi xidmət orqanları 2017-ci ildə Durovun telefon kodunu sındırıb

TASS xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, kod adı "Bənövşəyi musiqi" (“Purple Music”) olan bu əməliyyat Fransa hakimiyyətinin "İslam Dövləti" terror qruplaşmasının "Telegram”dan öz sıralarına insanları cəlb etmək və terror hücumları planlaşdırmaq üçün istifadə etməsindən hədsiz narahatlığı fonunda baş tutub.
Nəşrin mənbələri iddia edir ki, Durovun şirkəti uzun müddət onun e-poçt ünvanına gələn müvafiq çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymayıb.
“Telegram” da öz növbəsində bildirir ki, onun fəaliyyəti Aİ-nin Rəqəmsal Xidmətlər Aktının müddəalarına zidd deyil.
Nəşrin məlumatına görə, Durovun telefon şifrəsinin sındırılması əməliyyatının onun Fransa hakimiyyəti tərəfindən saxlanılması ilə bağlı olduğuna dair heç bir əlamət yoxdur.(report)
KARUSEL / DÜNYA
Tarix: 28-08-2024, 12:14