mobil versiya

Azərbaycan həbsxanalarında ömürlük cəza çəkən 14 əcnəbi var



Azərbaycandakı cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Nigeriya, Livan, Maldiv, Mərakeş, Qvineya, Misir, Özbəkistan, Pakistan, Şri-lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Oman, Rusiya və Ukrayna vətəndaşları var.
Bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.
O qeyd edib ki, həmin əcnəbilər arasında ömürlük cəza çəkən şəxslər də var:
"Onların 4-ü vətəndaşlığı olmayan, 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaşlarıdır".(report)

KARUSEL / CƏMİYYƏT
Tarix: 29-08-2024, 11:54