mobil versiya

"Çin, Hindistan və Braziliya Rusiya-Ukrayna danışıqlarında vasitəçilik edə bilər" -Putin



Rusiya prezidenti Vladimir Putin  bildirib ki, Çin, Hindistan və Braziliya Ukrayna ilə bağlı potensial sülh danışıqlarında vasitəçi kimi çıxış edə bilər.


Bu barədə REUTERS məlumat yayıb.

Putin həmçinin deyib ki, Rusiya və Ukrayna müzakirəçiləri arasında müharibənin ilk həftələrində İstanbulda aparılan danışıqlarda heç vaxt həyata keçirilməyən ilkin razılaşma danışıqlar üçün əsas ola bilər: "Ukraynanın Donbasda Rusiyanın irəliləyişini ləngitmək məqsədi daşıyan Kursk əməliyyatı uğursuz olub, çünki Kiyev sadəcə olaraq cəbhənin qalan hissəsində qüvvələrini zəiflədib".

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 5-09-2024, 12:36