Bakıda CAREC-in İqlim Dəyişikliyi üzrə İşçi Qrupunun 3-cü görüşü keçirilib
Bakıda CAREC-in İqlim Dəyişikliyi üzrə İşçi Qrupunun 3-cü görüşü keçirilib.
Bu barədə Asiya İnkişaf Bankının bakı ofisindən məlumat verilib.
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının İqlim Dəyişmələri üzrə İşçi Qrupu (WGCC) 2024-cü ildə İqlim Dəyişikliyi üzrə Regional Fəaliyyət: CAREC-in İqlim Dəyişikliyinə Baxışı proqramının həyata keçirilməsini dəstəkləmək üçün yaradılıb və bu məqsədlə CAREC İqlim Dəyişikliyi Fəaliyyət Planını hazırlayır.
İşçi Qrupun 3-cü görüşünün məqsədi bu il noyabrın 8-də CAREC Nazirlər Konfransında təqdim olunacaq İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı layihəsiniə dair razılığa gəlib sənədin qəbuluna nail olmaqdır. İclasda həmçinin regional iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması layihələrinin konseptuallaşdırılması təşəbbüsü irəli sürüləcək və biliklərin mübadiləsi aparılacaq.
Eləcə də, region üçün müştərək həllərin müəyyən edilməsi üçün beynəlxalq və regional forumlarda, məsələn, 11-22 noyabrda Bakıda keçiriləcək COP29-da ümumi çağırışların həyata keçirilməsi də nəzərdə tutulur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-09-2024, 12:48