mobil versiya

İran Rusiyaya raket ötürülməsi ilə bağlı Qərbin sanksiyalarını pisləyir




İranın Xarici İşlər Nazirliyi Fransa, Almaniya və Böyük Britaniyanın ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək qərarını tənqid edib.


Xarici KİV xəbər verir ki, Almaniya, Fransa və Britaniya İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya ballistik raketlər verməsini pisləyib və hava nəqliyyatını hədəf alan yeni sanksiyalar elan ediblər.

Onlar birgə bəyanatda "İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün təcili addımlar atacağıq, İran Air-ə qarşı sanksiyalar tətbiq etmək üçün çalışacağıq" deyib.

ABŞ dövlət katibi Antoni Blinken Londona səfəri zamanı Rusiyanın ballistik raketlərin tədarükünü aldığını və “çox güman ki, onları Ukraynada bir neçə həftə ərzində istifadə edəcək” demişdi.

London, Paris və Berlin bildirib ki, İranın bu transferləri həyata keçirdiyinə dair sübutlar var: "Bu, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə İranın hərbi dəstəyinin daha da artmasıdır və İran raketlərinin Avropa torpaqlarına çatması ilə Ukrayna xalqının əzabını artıracaq. Bu hərəkət həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir”.

Üç ölkə İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün təcili addımlar atacaqlarını deyib.


Bundan əlavə, bu ölkələr İranın ballistik raket proqramında, ballistik raketlərin və digər silahların Rusiyaya təhvil verilməsində iştirak edən əhəmiyyətli qurumların və şəxslərin təyinatını izləyəcək.

Vaşinqtonun da atdığı addımı təkrarlayaraq,  həmçinin Iran Air-ə qarşı sanksiyaların tətbiqi üzərində çalışacağını bəyan edib.

Blinken deyib ki, Vaşinqton İrana Rusiyaya ballistik raketlərin verilməsinin dramatik eskalasiya olacağı barədə özəl olaraq xəbərdarlıq edib və yeni sanksiyaların tətbiq ediləcəyini bildirib.

ABŞ daha sonra İrandan Rusiyaya silahların çatdırılmasında iştirak etdiyini bildirdiyi Rusiya bayrağı altında üzən 9 gəmini müəyyən edib və onları Vaşinqtonun sanksiyalar rejimi altında bloklanmış mülk adlandırıb.

Departamentin bəyanatında deyilir ki, o, əvvəllər sanksiya tətbiq edilmiş İran Air aviaşirkətinə də əlavə tədbirlər tətbiq edib.

Blinken deyib ki, İran onlarla rus hərbçisinə maksimum 75 mil (121 km) məsafəyə malik olan Fath-360 yaxın mənzilli ballistik raket sistemindən istifadə etmək üçün təlim keçib.

Böyük Britaniya həmçinin, yeni sanksiyaların bir hissəsi olaraq Böyük Britaniya və İran arasında bütün birbaşa hava əlaqəsini dayandırmağa başladığını bildirib.

London beynəlxalq tərəfdaşlarla birlikdə İranla ikitərəfli hava əlaqəsi razılaşmalarını ləğv etmək üçün hərəkət etdiyini və bunun İran Air-in Böyük Britaniyaya uçuş imkanlarını məhdudlaşdıracağını söyləyib.

Iran Air öz internet səhifəsində göstərilən cədvələ uyğun olaraq həftənin üç günü London və Tehran arasında birbaşa uçuşlar həyata keçirir.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 11-09-2024, 10:46