mobil versiya

Azərbaycanın mədəniyyət paytaxtında Meksika Müstəqilliyinin 214-cü ildönümü qeyd olunub




Şuşa şəhərində Meksika Müstəqilliyi Günü şərəfinə təntənəli mərasim keçirilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Presidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero nitq ilə çıxış edib. İki ölkə və iki xalq arasında dostluq, həmçinin münasibətlərin inkişafı və çoxsaylı sahələrdə əlaqələrin dinamikası qeyd olunub. Eyni zamanda, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolu vurğulanıb.


Səfir Romero qeyd edib ki, Meksika ilə Azərbaycan arasında məsafəyə baxmayaraq hər iki ölkə arasında bir sıra oxşarlıqlar yer alır: hər iki ölkə əlverişli coğrafi yerləşməyə, təbii sərvətlər və enerji zənginliyi, minilliklərin mədəni irsi, qonaqpərvərliyin qədim ənənəsinə malikdirlər, eyni zamanda mədəniyyətlər və sivilizasiyalarası bağ qismində çıxış edirlər.

Xanım səfir iqtisadi, ticari, mədəni və təhsil əlaqələrinin getdikcə möhkəmlənməsinə dair niyyəti bir daha təsdiqləyib. Bu xüsusda, xalqlarımızın qarşılıqlı yaxınlaşmasında mədəniyyət və idman diplomatiyasının rolunu önə çəkib.
Mərasim çərçivəsində Meksika və Azərbaycan mədəniyyətlərinin sintezi formatında musiqi əsərləri təqdim edilib. Mədəni proqram Şuşa sakinləri tərəfindən isti qarşılanıb.

Səfir Romeronun Şuşaya səfəri çərçivəsində şəhərin görməli yerləri ziyarət olunub.

Reportyor.az

KARUSEL / SİYASƏT
Tarix: 16-09-2024, 15:02