mobil versiya

Səfir: "Türkmənistan və Azərbaycan mühüm enerji layihələri həyata keçirir"



Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 33 illiyinə həsr olunan rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər verir ki, səfir Qurbanmammet Elyasov çıxış edərək deyib ki, ortaq köklər, dil, dini birlik, oxşar mədəniyyət, adət-ənənələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu təmin edən amillərdir.
Səfirin sözlərinə görə, ölkəsinin xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanla əlaqələri ardıcıl şəkildə möhkəmləndirməkdir.
Bu gün geosiyasi və geoiqtisadi baxımdan hər iki ölkə nəqliyyat, kommunikasiya və enerji dəhlizləri sistemində əsas dövlətlər olmaqla Avrasiyanın qovşağında mühüm yer tutur. Həm Türkmənistan, həm də Azərbaycan mühüm enerji layihələri həyata keçirir, eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizəyə və alternativ enerji mənbələrinin inkişafına mühüm töhfələr verib.
Bu ilin noyabrında qardaş Azərbaycanda COP29-un keçirilməsi onun dünya səhnəsindəki artan rolunun əyani sübutudur.
Səfir əlavə edib ki, ortaq köklər, dil, dini birlik, oxşar mədəniyyət, adət-ənənələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu təmin edən amillərdir.



Azərbaycan hökuməti adından türkmən xalqını bayram münasibətilə təbrik edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında əlaqələrin inkişafından söz açıb. Deyib ki, Bakı ilə Aşqabad arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Nazir müavini bildirib ki, Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin daha da genişləndirmək üçün böyük potensial var. İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Humanitar, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq üçün imkanlar genişdir. Bu imkanlar hər iki xalqın bir-birini daha yaxından tanımasına və əlaqələrimizin dərinləşməsinə kömək edəcək. 
O, Azərbaycanla Türkmənistan arasında tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini vurğulayıb.
Tədbir daha sonra bədii hissəylə davam edib. Azərbaycanın və Türkmənistanın xalq artisti Gülyanaq Məmmədova Azərbaycan və Türkmən mahnılarından musiqilər təqdim edib.

Reportyor.az 




KARUSEL / SİYASƏT
Tarix: 4-10-2024, 20:29