mobil versiya

Pakistanda partlayış nəticəsində iki Çin vətəndaşı həlak olub




Pakistanın ən böyük şəhərinin hava limanı yaxınlığındakı yolda törədilən güclü partlayışda iki Çin vətəndaşı həlak olub.

Reportyor.az xəbər verir ki,Pekin səfirliyi bazar ertəsi separatçı yaraqlı qruplaşmanın bölgədə hücumu öz üzərinə götürməsindən sonra bildirib.

Cənub Sind əyalətinin regional hökuməti X-də bildirib ki, hava limanı şossesində bir tanker partlayıb.

Separatçı yaraqlı qrup Bəluc Azadlıq Ordusu (BLA) verdiyi açıqlamada, Kəraçi hava limanından gələn yüksək səviyyəli Çin mühəndisləri və investorlarından ibarət karvanı hədəf aldığını söyləyib.

Pekinin Pakistandakı səfirliyi bazar ertəsi verdiyi açıqlamada Çinin maliyyələşdirdiyi Port Qasim elektrik layihəsinin personal karvanına terror hücumu nəticəsində iki Çin vətəndaşının həlak olduğunu bildirib.

Səfirlik bildirib ki, hücum nəticəsində bir Çin və bir neçə Pakistan vətəndaşı da yaralanıb.

Səfirlik səlahiyyətliləri hücumla bağlı hərtərəfli araşdırma aparmağa və qatilləri ciddi şəkildə cəzalandırmağa, eyni zamanda Çin vətəndaşlarının, qurumlarının və layihələrinin təhlükəsizliyini tam təmin etmək üçün əməli tədbirlər görməyə çağırıb.

BLA Pakistanın ən böyük, lakin ən yoxsul bölgəsi olan Bəlucistan əyalətinin muxtariyyətini müdafiə edən separatçı silahlı qrupdur.

Qrup, etnik Bəluc yerlilərinin xarici investorlar tərəfindən çıxarılan sərvətdən ədalətli pay almadığını iddia edərək, müntəzəm olaraq Çin vətəndaşlarını hədəfə alır.

Pakistanın Mülki Aviasiya İdarəsi, Kəraçidən uçuşların adi hal kimi davam etdiyini və agentliklərin qəza/partlayışın səbəbini hadisə yerində araşdırdığını bildirib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 7-10-2024, 09:12