489 hərbçi yüksək texnologiyalı protezlərlə təmin olunub
44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 489 hərbçi 598 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatı da həyata keçirilir.
Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir və istifadəçiyə sərbəst, sabit, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq yarışlarda iştirak imkanı verir.
KARUSEL / SOSİAL
Tarix: 14-10-2024, 11:06