Albaniya ilə iqtisadi, ticari, turizm sahələrdə əməkdaşlıq müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Albaniya Respublikası Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.
Görüşdə Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduqları qeyd edilib. Tərəflər iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yaxşı imkanların olduğunu vurğulayıblar. Bu istiqamətdə parlamentlərin də ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfələr vermək niyyəti ifadə edilib.
KARUSEL / SİYASƏT
Tarix: 15-10-2024, 10:51