mobil versiya

Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb



Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin mətbuay xidməti xəbər yayıb. 
Gürcüstan parlamentinin sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Sahibə Qafarova ötən ilin aprel ayında Gürcüstana rəsmi səfərini, cari ilin may ayında isə qonağın ölkəmizə səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını məmnunluqla xatırlayıb. Milli Məclisin sədri qonşu,  dost və tərəfdaş ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsrlər boyu dostluq və mehriban qonşuluq münasibətində yaşamış xalqlarımızın iradəsindən qaynaqlandığını diqqətə çatdırıb.

KARUSEL / SİYASƏT
Tarix: 11-12-2023, 17:26