mobil versiya

İran Sinvarın öldürülməsindən sonra "müqavimət ruhunun güclənəcəyini" deyir




İranın BMT-dəki missiyası İsrailin HƏMAS rəhbərini öldürdüyünü deməsindən bir neçə saat sonra Yəhya Sinvarın öldürülməsinin bölgədə müqavimətin güclənməsinə səbəb olacağını bildirib.

Reportyor.az
bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Missiyanın X-dakı paylaşımında deyilir ki, müqavimət ruhu güclənəcək. O, Fələstinin azad edilməsi yolunda öz yolunu davam etdirəcək gənclər və uşaqlar üçün bir nümunə olacaq. İşğal və təcavüz var olduqca müqavimət davam edəcək, çünki şəhid sağ qalacaq, bu ilham mənbəyidir.

İsrail ordusu cümə axşamı günü səhər saatlarında elan etdi ki, qüvvələri Qəzzanın cənubundakı Rəfahda yaraqlıların lideri və digər iki döyüşçüsü ilə ötən gün baş verən atışmadan sonra Həmas lideri Sinvarı öldürüb.

Ordunun sözçüsü kontr-admiral Daniel Hagari, "Dünən Rəfahdakı Tel Sultanda Yəhya Sinvar ordu döyüşçüləri tərəfindən məhv edildi" deyib.

Xarici işlər naziri İsrael Katz da açıqlamasında "7 oktyabr qırğınlarına və vəhşiliklərinə görə məsuliyyət daşıyan kütləvi qatil Yəhya Sinvar [İsrail ordusu] əsgərləri tərəfindən məhv edilib. Hərbçilər daha sonra təsdiqləyiblər ki, bir il davam edən təqibdən sonra əsgərlər çərşənbə günü Qəzza zolağının cənubundakı əməliyyatda “Həmas terror təşkilatının lideri Yəhya Sinvarı məhv ediblər”.

HƏMAS onun ölümünü təsdiqləməyib.
KARUSEL / DÜNYA
Tarix: 18-10-2024, 09:50