mobil versiya

Bakıda “Meşənin Pıçıltısı- Səsin Sehri” adlı incəsənət sərgisi keçiriləcək




BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Dünya ekoloji davamlılıq sahə-sində hələ də dərin problemlərlə üzləşdiyindən, Sammitdə qlobal liderlər bu sahədə əldə olunan naliyyətləri dəyərləndirmək və iqlim dəyişikliyi ilə mübarizənin ən səmərəli strategiyalarını müzakirə etmək üçün bir araya gəlirlər. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Sammitdə iştirakı, qlobal iqlim problemlərinin həllinə Latviyanın sadiqliyini bir daha təsdiq edir.

Reportyor.az xəbər verir ki, konfransla əlaqədar Latviya Respublikasının Azərbaycandakı Səfirliyi ətraf mühitin qorunmasının vacibliyini vurğulamaq üçün bir sıra mədəni və maarifləndirici tədbirlər həyata keçirəcək.

Bu tədbirlərdən biri də Azərbaycanlı rəssam Elnarə Nəsirlinin “Meşənin Piçıltısı — Səsin Sehri” adlı incəsənət sərgisidir. Sərgi musiqiləri əks etdirən səs texnologiyasından innovativ istifadə vasitəsilə Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini, yerli növlərdən olan müxtəlif bitkilərdən alınan musiqiləri nümayiş etdirəcək. İncəsənət və elmin bu unikal birləşməsi hər iki xalqın ətraf mühütə necə böyük önəm verdiyinin göstəricisidir.

Meşənin Pıçıltısı” incəsənət, texnologiya və ətraf mühit dialoqunu özündə mükəmməl şəkildə birləşdirən xüsusi bir instalyasıyadır. Bu geniş instalyasiya Azərbaycan və Latviyadan gətirilmiş ağac nümunələrindən ibarətdir.

“Meşənin Pıçıltısı”
həm şəxsi, həm də ekoloji canlanmanı özündə simvolizə edən COP29 ilə əlaqədə daha geniş rezonans doğurur. O, varlığımızı dəstəkləyən görünməz sistemlər haqqında daha dərindən dərk etməyə təşviq edir və insanı texnologiya və təbiətin birgə yaşayışı haqqında düşünməyə sövq edir.

Sərgi Latviya Respublikasının əsas təşkilatçılığı ilə Latviya Kənd Təsərrüfatı Nazirliyi, Latviyanın Meşə İdarəçiliyi Agentliyi, SİLAVA təşkilatı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti, İDEA təşkilatı, və Gazelli Art  House Baku ilə birgə tərəf-daşlıqla həyata keçirilir.

Sərgi və sərgi çərçivəsində planlaşdırılan digər tədbirlər ekoloji maarifləndirmənin və fəaliyyətin artırılmasında mədəniyyətlərarası əməkdaşlığın mühüm rolunu vurğulayır. Bu tədbirlərə Panel müzakirəsi, Latviya sənədli filmlərinin nümayişi, sərgiyə bələdçi ilə ekskursiyaları və s.daxildir.
Sərginin bədii koordinasiyası Azərbaycan Respublikasının əməkdar rəssamı Sabina Şıxlinskaya aiddir.

Sərgi ictimaiyyət üçün 8 noyabr 2024-cü il tarixindən 1 fevral 2025-ci il tarixinə qədər Gazelli Art House Bakı Galeriyasında açıq olacaq.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 14:00