mobil versiya

Çadda hərbi bazaya hücum nəticəsində 40-a yaxın əsgər həlak olub





Çadın Gölü bölgəsindəki hərbi bazaya hücum nəticəsində 40-a yaxın əsgər həlak olub.

Reportyor.az xəbər verir ki, bu barədə Afrika mediası məlumat yayıb.

Prezident Mahamat İdriss Deby hücum edənlərin izinə düşmək üçün əməliyyata başlayıb.

Hücuma görə məsuliyyət daşıyan qrupun adını açıqlanmayıb. Bölgə tez-tez 2009-cu ildə Nigeriyanın şimal-şərqində püskürən və Çadın qərbinə yayılan Boko Haram qiyamının hücumuna məruz qalır.
KARUSEL / DÜNYA
Tarix: 28-10-2024, 17:20