mobil versiya

Müəyyən yollarda məhdudiyyətlər tətbiq olunacaq


COP29 tədbiri zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək. Bu yollarda hərəkətin təhlükəsiz və nizamlı təmin olunması üçün tədbirlər görüləcək.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.
Onun sözlərinə görə, vətəndaşların rahat hərəkət edə bilməsi üçün alternativ yollar təklif ediləcək.
“Həmin istiqamətlərə getməli olanlar isə zəruri hallarda, fəsilələrlə gedə biləcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu yollarda yol hərəkəti qaydalarına uyğun məlumatlandırma işarələri qoyulacaq və ətraflı məlumat rəsmi kanallar vasitəsilə paylaşıldığı üçün şəhərdə hərəkətin dayanıqlılığı qorunacaq. Beləliklə, tədbir dövründə həm yerli sakinlərin, həm də qonaqların rahatlığı maksimum dərəcədə təmin ediləcək”, - deyə Namidan Piriyev əlavə edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-11-2024, 17:56