NİİM sürücülərin manevr qaydalarını pozması ilə bağlı müraciət edib

Bu barədə NİİM-in məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində sürücülərin yollarda necə manevr etməsi ilə bağlı qaydalar öz əksini tapıb. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Bununla yanaşı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara əməl etməyə və diqqətli olmağa çağırır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-11-2023, 12:37