mobil versiya

Musiqi və incəsənət məktəblərində tədris proqramlarında yeniliklər




Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramını yeniləyib.
Nazirlikdən bildirilib ki, şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyan yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların əsərlərinin öyrənilməsinə üstünlük verilib.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının daha da inkişafına və onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Linkə https://shorturl.at/wL6gU daxil olaraq yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış olmaq mümkündür.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-11-2024, 12:49