mobil versiya

Paytaxtda daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilib



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci kilometrində yeni piyada keçidinin inşası yekunlaşıb.

Reportyor.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3,5 metr, qalereyasının eni 4,5 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,9 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-12-2024, 11:20