Bu gündən Bakı-Sumqayıt istiqamətində yeni ekspres avtobus marşrutu istifadəyə verilib
Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA məlumat yayıb.
Bildirilir ki, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (ADSEA-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.
Əks istiqamətə isə avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır.
Gediş haqqı 0.80 qəpik müəyyən olunub.
Həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-12-2024, 10:39