mobil versiya

London suriyalılara 63 milyon dollar yardım edəcək






Britaniya hökuməti Suriya və qonşu Livan və İordaniyadakı ən həssas suriyalılar üçün 50 milyon funt sterlinq (63 milyon dollar) humanitar yardım ayıracağını bildirib.

Reportyor.az xəbər verir ki, xarici işlər naziri David Lammy açıqlamasında “Biz Suriya xalqına yeni kurs təyin edərkən onlara dəstək olmağa sadiqik” deyib.

Əsasən BMT agentliklərinə göndəriləcək vəsait ehtiyacların ən yüksək həddə çatdığı zaman humanitar yardımın təcili genişləndirilməsinə imkan verəcək və Suriyada əsas dövlət xidmətlərinin çatdırılmasına dəstək verəcək.

Lammy, Britaniyanın "Suriyanın gələcəyində daha yaxşı idarəçiliyin təmin edilməsinə yardım etmək üçün diplomatik yollarla da çalışacağını" söyləyib və əlavə edibi ki, gələcək Suriya hökumətinin Suriya xalqının layiq olduğu sabitliyi bərqərar etmək və hörmət etmək üçün bütün qrupları bir araya gətirməsi çox vacibdir.

Ayrı-ayrılıqda Britaniya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına Suriyadakı işinə görə 120 min funt sterlinq verəcəyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: 16-12-2024, 13:28