mobil versiya

MİDA “Güzəştli mənzil” sisteminə 1,5 mln. manat xərcləyəcək


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna xərcləyəcəyi vəsait açıqlanıb.
Sözügedən vəsaitin məbləği 1 569 400 manat müəyyənləşib.


Bu vəsait “Güzəştli mənzil” sisteminin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinə yönəldilib.

Agentlik texniki dəstək və digər xidmətləri “R.İ.S.K.” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb. (iqtisadiyyat.az)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 10:26