Yaşar Gülər: "Türkiyə olaraq bu çətin prosesdə qardaşlarımızın yanında olduğumuzu bir daha vurğulamaq istərdik"
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələrinin Komandanlığı Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyinə başsağlığı ziyarəti edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında qeyd edib.
Bildirilib ki, Yaşar Gülər faciəvi qəza ilə bağlı Azərbaycan səfiri Rəşad Məmmədova kədərləndiyini bildirib, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Nazir Yaşar Gülər səfirliyin başsağlığı kitabında qeyd edib :“Azərbaycan və Türkiyə tarix boyu “bir millət, iki dövlət” anlayışı ilə birlikdə sevinc və kədər yaşayıb, çətin anlarda bir-birinə dəstək olub, nə olursa olsun çiyin-çiyinə olublar. Bu gün biz qardaş Azərbaycan xalqının yaşadığı dərin ağrıları qəlbimizdə hiss edir və eyni kədəri bölüşürük. Türkiyə olaraq bu çətin prosesdə qardaşlarımızın yanında olduğumuzu bir daha vurğulamaq istərdik”.
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 16:03