mobil versiya

"BİO-LƏZZƏT” adlı quru meyvələrin satışına başlanılıb



2024-cü il İyul-Dekabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi -KOBİA tərəfindən maliyyələşdirilən və 7 nəfər qadın sahibkar tərəfindən layihə həyata keçirilib.

Reportyor.az xəbər verir ki, həyata keçirilən “Quru meyvələrin qablaşdırılmasında yeni üsulların tətbiqi və onun marketinqinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində qadın sahibkarlar Quba, Xaçmaz, Qusar və Şabran rayonlarında quru meyvələrin daha gigiyenik şəkildə satılması üçün bir sıra tədbirlər həyata keçirmişlər və gəlirlərinin artmasına nail olub.
Belə ki, bazar və supermarketlərdə müştəriləri cəlb edəcək şəkildə qablaşdırılmış yeni “BİO-LƏZZƏT” adlı quru meyvələrin satışına başlanılıb və onlayn satış üçün isə “biolezzet” adlı instaqram səhifəsi açılıb.
 

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-12-2024, 19:24