mobil versiya

Səməndər Rzayevin anadan olmasının 80 ili tamam olur




Bu gün Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin anadan olmasının 80 ili tamam olur.

Reportyor.az xəbər verir ki, Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda yaddaqalan obrazlar yaradıb. Onun ilk rolu 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında “Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olub. “Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı...” Bunlar S.Rzayevin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. 
Səməndər Rzayev teatr fəaliyyəti ilə yanaşı “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə çəkilib. O, Azərbaycan kinosunda dublyaj sənətinin korifeylərindən idi.  
Aktyor 1986-cı ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-01-2025, 11:52