“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubu ilə razılaşıb
“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu özünə yeni iş yeri tapıb.
Reportyor.az xəbər verir ki, rumıniyalı mütəxəssis vətənində çalışacaq. 45 yaşlı məşqçi Ployeşti təmsilçisi “Petrolul”la razılaşıb.
Onunla anlaşma 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub.
Mutu “Neftçi”də 2021-ci ilin iyulundan dekabrına qədər baş məşqçi olub.
KARUSEL / İDMAN
Tarix: 2-01-2025, 14:25