Yanvarın 9-da Gürcüstanda matəm elan olunub
Gürcüstan hökuməti işğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş faciə ilə əlaqədar yanvarın 9-da matəm elan edib.
Reportyor.az xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidze sərəncam imzalayıb.
Xatırladaq ki, yanvarın 5-də Gürcüstanın Abxaziya bölgəsinin Qali rayonunun Saberio kəndində məcburi köçkün ailəsinə məxsus şəxsi evdə güclü yanğın baş verib. Nəticədə mənzildəki 5 uşaq həlak olub.
Sabah həlak olan uşaqların dəfn mərasimi keçiriləcək.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 19:36