mobil versiya

AQTA çay və qənd məhsulları üzrə aparılan monitorinqlərin nəticəsini açıqlayıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

Reportyor.az xəbər verir ki, bununla əlaqədar keçirilən monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Götürülmüş nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə  laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Aşağıdakı cədvəldə qeyd olunan 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Eyni zamanda, müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 1 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb edilib, məhsulun ticarət şəbəkəsindən geri çağrılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 2 müəssisədən götürülən nümunələrin sınaq nəticələri isə uyğun olub. Bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.



Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Məhsulun adıMəhsulun istehsalçısıMəhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixiAşkar edilmiş uyğunsuzluq
  1.  
“Qidam” əmtəə nişanlı qənd"Elhay" MMC20.10.2024-20.10.2025Kükürd dioksid
  1.  
"ВАШ УРОЖАЙ" əmtəə nişanlı kəllə qəndfiziki şəxs
Musazadə İsa
16.11.2024-16.11.2025Kükürd dioksid
  1.  
"Özşəkər" əmtəə nişanlı qəndfiziki şəxs
Kərimov Cavid
16.11.2024-16.11.2025Kükürd dioksid


KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 10:56