mobil versiya

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidinin inşası yekunlaşır



Yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də tikilib. 

Reportyor.az xəbər verir ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Dəmir-beton və metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir. 
Hazırda keçidin ətrafında abadlaşdırılma işləri aparılır.
Layihə çərçivəsində yolun hər iki tərəfində avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:33